Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.
525.az APA-ya istinadən xəbər verir ki, “Türk Ulduzları”na məxsus NF-5 tipli təyyarə Konyada qəzaya düşüb.
Qəza nəticəsində pilot həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.