525.Az

Peskov Şuşada tapılan “İsgəndər M” raketləri barədə danışdı


 

Peskov Şuşada tapılan “İsgəndər M” raketləri barədə danışdı<b style="color:red"></b>

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “İsgəndər M” raketlərinin Şuşada qalıqlarının tapılması barədə danışıb.

525.az APA-ya istinadən xəbər verir ki,  Kremlin sözçüsü jurnalistlərin “Prezident Vladimir Putinə Ermənistan Baş naziri Nikol Paşinyanla görüş öncəsi Azərbaycan tərəfinin “İsgəndər M” raketinin tapılması ilə bağlı bəyanatı haqqında məruzə olunubmu” sualına belə cavab verib:

“Raket haqqında heç nə deyə bilmərəm. Bilmirəm, məlumatım yoxdur”.

Peskov bu gün Putinlə Paşinyanın ikitərəfli gündəmdə duran məsələləri, inteqrasiya proseslərini, eləcə də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə üçtərəfli bəyanatlarının həyata keçirilməsini müzakirə edəcəklərini söyləyib.

 





07.04.2021    çap et  çap et