525.Az

Milli Kitabxananın “Molla Nəsrəddin – 115” sərgisi


 

Milli Kitabxananın “Molla Nəsrəddin – 115” sərgisi<b style="color:red"></b>

İlk satira-karikatura jurnalımız olan “Molla Nəsrəddin”in nəşrə başlamasının 115 illiyi tamam oldu.

Cəlil Məmmədquluzadə irsi və onun redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan milli mətbuatının və çoxəsrlik ədəbiyyatımızın mühüm bir istiqamətini təşkil edir. Əsrlərin sınağından qalibiyyətlə çıxan, çağdaş dövrümüzdə də öz əhəmiyyətini və unikallığını qoruyub saxlayan “Molla Nəsrəddin” jurnalı Şərq dünyasında ilk rəngli, karikaturalı satirik jurnal kimi öz adını Azərbaycan milli mətbuatının salnaməsinə yazıb. Azərbaycan satirik mətbuatının zirvəsi olan “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər böyük bir arealda yayılaraq şöhrət qazanıb və mollanəsrəddinçilər ədəbi nəslinin ölməz irsinin tanıdılması və təbliğində mühüm rol oynayıb. Jurnalın bu böyük xidmətləri çoxmilyonlu oxucular tərəfindən maraqla qarşılanmaqla yanaşı, həm də dövlət qayğısı ilə əhatə olunub və öz layiqli qiymətini alıb.


“Molla Nəsrəddin” jurnalının Şərqdən Qərbə qədər yayılıb şöhrət qazanmasında onun yığcam, lakonik publisistik yazıları, satirik parodiyalar şəklində qələmə alınan poeziya nümunələri ilə yanaşı, dura biləcək karikaturaları da mühüm rol oynayıb.


AZƏRTAC xəbər verir ki, bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Nəsrəddin – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar yazılmış kitab və məqalələr nümayiş olunur.

 





07.04.2021    çap et  çap et