525.Az

"Peyvəndləmə sahəsində səlahiyyətli orqan dəyişir"


 

"Peyvəndləmə sahəsində səlahiyyətli orqan dəyişir"<b style="color:red"></b>

Səhiyyə Nazirliyinin immunoprofilaktikanın həyata keçirilməsi sahəsində səlahiyyəti ləğv olunur.

525.az-ın məlumatına görə, bu, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, immunoprofilaktikanın həyata keçirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), yəni TƏBİB təmin edəcək.

Qeyd edək ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası profilaktik peyvəndlər vasitəsi ilə yoluxucu xəstəliklərin qarşısının alınması, yayılmasının məhdudlaşdırılması və ya ləğv edilməsidir.

 





07.04.2021    çap et  çap et