525.Az

Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artmaqda davam edir


 

Türkiyədə COVID-19-a sutkalıq yoluxma sayı artmaqda davam edir<b style="color:red"></b>

Türkiyədə koronavirusa sutkalıq yoluxma növbəti dəfə rekord həddə çatıb.

525.az-ın Türkiyənin Səhiyyə Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə 54 740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bu infeksiyadan 276 nəfər həyatını itirməklə, sutkalıq ölüm sayı da rekord həddə çatıb.

Hazırda 2604 xəstənin vəziyyəti ağırdır. Ümumilikdə koronavirusdan ölənlərin sayı 32 943 nəfər təşkil edir.

 





07.04.2021    çap et  çap et