Türkiyə Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
525.az xəbər verir ki, “Zeytun budağı” əməliyyat bölgəsində PKK/YPG terrorçuları hərbçilərə hücum edib. Hadisə nəticəsində iki hərbçi şəhid olub, cavab atəşi ilə azı 3 terrorçu zərərsizləşdirilib.
Hazırda bölgədə antiterror əməliyyatı davam etdirilir.