525.Az

Şəkər xəstələri oruc tuta bilərmi? - Açıqlama


 

Şəkər xəstələri oruc tuta bilərmi? - <b style="color:red"> Açıqlama</b>

Hər Ramazan yaxınlaşdıqca diabet xəstələri eyni sualın cavabını axtarır: şəkər xəstəsi oruc tuta bilərmi?
İlboyu dini ayinlərə əməl edən bir diabet xəstəsi üçün Ramazan orucundan uzaq qalmaq üzücüdür.

525.az medicina.az-a istinadən xəbər verir ki, türk uzman həkim endokrinoloq diabet xəstələrinin oruc tutmaq prinsiplərini açıqlayıb.


“I tip diabet xəstələri həyatı boyu insulin istifadə etməlidir. Gün boyu insulin vurduqları üçün iynədən sonra onlar nəsə yeməlidir. Ona görə I tip diabetlərin oruc tutması qəti mümkün deyil.

Əgər cəmi bir neçə gün insuilin olunmazsa, yüksək şəkər və ketoasidozdan komaya girərlər.

II tip diabetdə isə xəstələr fərqli müalicə alır. Ona görə hər xəstəni öz həkimi dəyərləndirməlidir. Oric tutan II tip diabet xəstələrdə həyatı təhdid edən şəkər düşməsi və ya qalxması ola bilər.

İkinci tip xəstələr dərman dozalarını düzgün təyin edərək oruc tuta bilərlər.


Bu çox aşağı dozada dərman alan və qan şəkərini qida ilə nəzarətdə saxlayan xəstələrə aiddir. Qan şəkəri aclıqda 200dən yuxarı, toxluq şəkəri isə 300-ü keçənlərə oruc tutmaq olmaz.

 





08.04.2021    çap et  çap et