525.Az

Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçiriləcək


 

Bakı Ali Neft Məktəbində beynəlxalq konfrans keçiriləcək<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları bu il aprel ayında keçiriləcək.

"Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf" konfransı 13-16 aprel tarixlərində təşkil ediləcək. Konfrans "Ekoloji problemlər və biotexnologiya", "Neft-qaz və neft-kimya prosesləri", "Mütərəqqi materiallar və polimerlər", "Bərpaolunan enerji" bölmələrini əhatə edəcək.

20-22 aprel tarixində keçirilməsi nəzərdə tutulan "Neft-qaz geologiyası və mühəndisliyi" konfransı çərçivəsində "Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması", "Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi", "Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi", "Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları", "Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi" bölmələr üzrə müzakirələr aparılacaq.

Konfransın proqramına "Ölçmə və idarəetmə sistemləri", "Sistemli analiz və modelləşdirmə", "İntellektual sistemlər və idarəetmə", "Əşyaların interneti (İoT) və robototexnika", "Təsvirlərin və siqnalların emalı", "İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi", "Şəbəkələr və bulud texnologiyaları", "Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi" və "Kibertəhlükəsizliyin problemləri" bölmələri daxildir.

Konfranslara yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tezislər təqdim ediblər. Ümumilikdə konfranslara 300-ə qədər tezis qəbul edilib.

Qeyd edək ki, artıq ikinci ildir ki, konfranslar beynəlxalq səviyyədə və onlayn keçirilir.

 





08.04.2021    çap et  çap et