525.Az

İlahiyyat İnstitutunda yaz semestri müzakirə edilib


 

İlahiyyat İnstitutunda yaz semestri müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və pandemiya dövründə tədrisin məsafədən təşkili müzakirə olunub. "ZOOM" proqramı vasitəsilə keçirilən iclasda İnstitut Elmi Şurasının üzvləri iştirak ediblər.

Tədbrdə çıxış edən Aİİ rektoru Aqil Şirinov 2020-2021-ci tədris ili yaz semestri dərslərinin məsafədən təşkilinin uğurla davam etdiyini vurğulayıb. Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov pandemiya dövründə yaz semestrində tədrisin təşkili, keyfiyyəti və səmərəliliyindən danışıb.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov "İlahiyyat nəşrləri" adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan söz açıb. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə də toxunub, həmçinin İnstitutun kitabxanası və onun fəaliyyəti barədə məlumat verib.

Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova yaz semestrində dərslərin məsafədən təşkili, tələbələrin dərsə davamiyyəti, kəmiyyət və keyfiyyət göstəricilərindən bəhs edib. Tələbələrin pandemiya dövründə asudə vaxtlarının təşkili çərçivəsində dekanlığın təşkil etdiyi "Rəhbərlik proqramı" çərçivəsində keçirdiyi vebinarlar barədə məlumat verib.

İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva yaz semestri ərzində tədrisin təşkili, qarşıya çıxan problemlər barədə danışıb. Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova magistrant və doktorantların elmi konfranslarda iştirakına toxunaraq, yekun dövlət attestasiyasına hazırlıqla bağlı məlumat verib.

Daha sonra Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov çıxış edib. Kafedra müdiri keçən semestrin göstəricilərinə toxunub, ərəb dili üzrə təşkil olunan kurslar barədə məlumat verib.

Tələbə Elmi Cəmiyyətinin sədri Məmmədəli Babaşlı iclas iştirakçılarını salamladıqdan sonra, TEC-in fəaliyyəti, tələbələrlə mütəmadi keçirilən vebinarlar barədə ətraflı məlumat verib.

 





08.04.2021    çap et  çap et