525.Az

Peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı


 

Peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı<b style="color:red"></b>

"Aprelin 6-dək qeydə alınan göstəricilərə əsasən, Bakı və Sumqayıt şəhərlərində 9, Abşeron rayonunda 21 ümumtəhsil müəssisəsinin hər birinin pedaqoji və texniki heyəti üzrə 90 faizdən çox əməkdaşının vaksinasiya prosesi yekunlaşdırılıb".

Bunu Təhsil naziri Emin Əmrullayev Feysbuk səhifəsində yazıb.

Nazir paylaşımında Təhsil Nazirliyi adından həmin təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edib.

 





08.04.2021    çap et  çap et