525.Az

Vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb


 

Vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb<b style="color:red"></b>

Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistana qarşı petisiya imzalayıb.

525.az APA-ya istinadən xəbər verir ki, petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının  təxminən 30 illik işğalı , habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləsmələrinin  geri çəkildiyi  zaman bu əraziləri minalanması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.

Sənəddə qeyd olunub ki, Ermənistan bu minaların harada qoyulduğunu bilir, lakin bu məlumatları yaymaqdan imtina edir.

Qeyd olunub ki, XİN 22 fevral tarixində BMT-də Ermənistanı azad edilmiş ərazilərdə minaların yerlərini bildirməyə çağırılması təklifi ilə çıxış edib.

Petisiya dünyaca məşhur www.change.orq saytında yerləşdirilib.

 





08.04.2021    çap et  çap et