525.Az

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlir


 

BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlir<b style="color:red"></b>

BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkır bu gün Azərbaycana gəlir.

Bu barədə 525.az-a BMT Baş Assambleyasının Prezidentinin mətbuat katibi Brenden Varma deyib.

Onun sözlərinə görə, Volkan Bozkır bu gecə Bakıya gələcək.

O, Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Səfər aprelin 9-da başa çatacaq.

Qeyd edək ki, BMT Baş Assambleyasının Prezidenti daha öncə Türkiyə və Qətərə səfər edib.

 





08.04.2021    çap et  çap et