525.Az

Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olmasında könüllülük fəaliyyətinin rolu


 

Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olmasında könüllülük fəaliyyətinin rolu <b style="color:red"></b>

Azərbaycan müstəqillik əldə etdikdən sonra vətəndaş cəmiyyətinin başlıca qüvvələrindən olan qeyri-hökumət təşkilatlarının azad fəaliyyəti, sərbəst şəkildə yaradılması, habelə səmərəli fəaliyyəti üçün müxtəlif qanunlar qəbul edildi. Bunlardan biri "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsinin qəbul edilməsi idi. Əgər QHT-lərin daxilində minlərlə könüllünün fəaliyyət göstərdiyini nəzərə alsaq, bu qanunun çox böyük əhəmiyyətə malik olduğunu söyləyə bilərik. Qanun Azərbaycanda ictimai humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırdı. Ümumiyyətlə beynəlxalq aləmdə könüllülük fəaliyyəti söz, yığıncaq birləşmək azadlığının ayrılmaz tərkib hissəsi hesab edilir könüllünün fransız latınca mənası sərbəst seçim əsasında həyata keçirilən fəaliyyət deməkdir.

Könüllülük fəaliyyətinin tarixi XIX əsrin sonlarına gedib çıxsa da 

müasir anlamda ilk dəfə 1920-ci ildə Beynəlxalq Mülki Xidmət təşkilatının yaranması ilə bu termin rəsmi olaraq gündəmə gəlib. Bu barədə söz açarkən ümumi məlumata əsaslansaq, qeyd edə bilərik ki, könüllü fəaliyyət sahəsi yalnız biznes dövlət sektorunu deyil, adətən üçüncü sektoru əhatə edir. Könüllülük öz iradəsi sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bu gün dünyada ictimai cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı - könüllü fəaliyyətin təşkilini həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti  fəaliyyət sayılır insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün könüllülük edirlər (məsələn, təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək s.) Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın məcburi köçkünlərə kömək edilməsi; Uşaqlar gənclərlə işlərin aparılması; Mədəni tarixi sərvətlərin qorunması; Ətraf mühitin mühafizəsi ekoloji tarazlığın saxlanması; İnsan hüquq azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği sairə. 1985-ci ildə iqtisadi sosial inkişaf naminə hər il 5 dekabrın BMT-nin Baş Məclisi tərəfindən

Beynəlxalq Könüllülər Günü kimi qeyd edilməsi təklif olunub.

 

I Dünya Müharibəsindən sonra Avropa xalqları arasında düşmənçiliyi aradan qaldırmaq dostluq münasibətləri qurmaq məqsədi daşıyan bu təşkilatın sıralarında tezliklə on minlərlə könüllü birləşdi. 1929-cu ildə ağır iqtisadi böhran zamanı bu təşkilat işsiz qalmış gənclərin ictimai faydalı işlə, o cümlədən ərzaq, paltar yataq ləvazimatı ilə təmin olunmasında onların üzləşdiyi problemlərin həllində çox əhəmiyyətli rol oynadı.

Könüllülük fəaliyyəti sonrakı illərdə xeyli vüsət aldı 1948-ci ildə UNESCO-nun nəzdində Beynəlxalq Könüllü Xidmətinin Əlaqələndirmə Komitəsi 1970-ci ildə BMT-nin Könüllülər Proqramı təsis edildi. 1998-ci ildə BMT-nin Könüllülər Proqramı Azərbaycanda da icra olunmağa başladı 2000-ci ilə kimi bu proqram fəaliyyət göstərdi.

Lakin ölkəmizdə könüllülük fəaliyyətin hüquqi təminatının  olmaması bu sahənin  inkişafına maneə törətməklə yanaşı onun beynəlxalq könüllülər hərəkatına qoşulmasına əlavə problemlər yaradır.

Könüllünün hüquqi tərifinin verilməsi bunun qanunvericilikdə təsbit olunması hər şeydən əvvəl könüllünün hüquqi statusunu müəyyənləşdirilməsi, könüllüyə hüquqi müdafiənin  stimulun  təmin edilməsi, könüllü əməyinin digərlərindən fərqləndirilməsi,

 

könüllü əməyindən qeyri-qanuni istifadənin qarşısının alınması

 

üçün çox əhəmiyyətlidir.

Millət vəkili Azay Quliyev tərəfindən Milli Məclisə təqdim olunan "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsinin 2009-cu ildə qəbul edilməsi, heç şübhə yox ki, vətəndaş cəmiyyəti institutlarının qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından mühüm hadisə idi. Qanun Azərbaycanda ictimai humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdırdı. Belə bir qanunun qəbulu könüllü fəaliyyətlə məşğul olan vətəndaşların hüquq mənafelərinin qorunmasına, Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə, onun ayrı-ayrı təsisatlarının sərbəst, maneəsiz fəaliyyətinə etibarlı hüquqi təminatın genişləndirilməsində mühüm rol oynadı.

O zaman bu qanunun ölkəmizdə qəbulunu şərtləndirən zəruri edən 3 əsas səbəbi var idi.

1-ci səbəb ölkədə vətəndaş cəmiyyətinin aparıcı institutu kimi formalaşan əsasən könüllü fəaliyyətin nəticəsi olan QHT Sektorunun mövcudluğu inkişafı ilə bağlı idi. Təsadüfi deyil ki, könüllülərin böyük əksəriyyətinin məhz QHT-lərdə cəmləşməsi, bəzən beynəlxalq terminalogiyada QHT Sektorunun "könüllülərin sektoru" adlandırılmasına səbəb olur. O dövrdə ölkədə 2300-dən çox rəsmi qeydiyyata alınmış QHT fəaliyyət göstərirdi ki, bunların da sıralarında təxminən 250-300 min nəfər könüllü fəaliyyət göstərirdi. Deməli bu rəqəmlər açıq şəkildə onu göstərirdi ki, həqiqətən

ölkədə könüllü fəaliyyəti ilə

əlaqədar real münasibətlər var,

 

lakin onun hüquqi tənzimlənməsi yoxdur. O zaman Heydər Əliyev Fondunun prezidenti Milli Məclisin deputatı Mehriban Əliyeva mətbuata verdiyi müsahibələrin birində  bu sahənin aktuallığına bir daha diqqəti çəkməklə vəziyyəti ətraflı təhlil edərək bir sıra təkliflərlə çıxış etmişdi. O, bünları qeyd etmişdi: "Bu gün dünyada könüllülük xeyriyyəçilik sahəsində çox zəngin bir təcrübə toplanıb. Biz bu təcrübəni dərindən öyrənməli, analiz etməli, milli xüsusiyyətlərimizi mövcud reallıqları nəzərə almaqla ondan istifadə etməliyik. Əminəm ki, davamlı xeyriyyəçilik sektorunun yaradılması üçün xeyriyyəçiliyə könüllülüyə stimul yaradan ictimai şəraitin formalaşdırılmasına   müfəssəl normativ-hüquqi bazanın işlənib hazırlanmasına xeyli qüvvə sərf edilməlidir". Həqiqətən , Könüllülük fəaliyyətinin qanunla tənzimlənməsi ölkədə fəaliyyət göstərən QHT-lərin, eləcə bu xidmətdən istifadə edən digər təşkilatların işinin düzgün qurulmasına, könüllü fəaliyyətə maneə olan praktiki problemlərin aradan qaldırılmasına  xeyli müsbət təsir göstərdi.

 

Azərbaycanda könüllülük

fəaliyyəti haqqında qanunun

olmadığı zamanlarda

 

bu, nəinki coxminli könüllü ordusunun hüquqlarının pozulmasına rəvac verir, eyni zamanda  könüllü xidməti təşkil edən təşkilatlarla vergi, sosial müdafiə fondu əmək müfəttişliyi orqanları arasında haqlı anlaşılmazlığın yaranmasına səbəb olurdu. Çünki adları çəkilən qurumların bu təşkilatlarda apardığı planlı yoxlamalar zamanı burada çalışan könüllülərin əməyinin əvəzinin ödənilmədiyini, bu baxımdan onların həmin qurumlar üçün yoxlama predmeti olmadıqlarını aşkar olunmuş qanun pozuntusuna görə cərimə tətbiq etməyin əsassızlığını sübut etmək mümkün olmurdu. Məhz sözügedən qanunun qəbulu ölkədə

 

vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verməklə yanaşı

 

bu sahədə mövcud olan bir çox problemlərin həllini asanlaşdırdı.

2-ci səbəb könüllülük fəaliyyətindən əldə edilən faydalılıq əmsalı ilə əlaqədar idi.

Sözügedən qanunun qəbul olunduğu ilə qədər ölkədə fəaliyyət göstərən on minlərlə könüllünün əməyi nəticəsində cəmiyyətdə mövcud olan çoxsaylı problemlər öz həllini tapmış köməyə ehtiyacı olan yüz minlərlə qadın uşaq, gənc cümlədən qaçqın-köçkün, əlil, qoca bu xidmətdən təmənnasız olaraq faydalanmışdı. Hətta beynəlxalq ekspertlər könüllü fəaliyyətdən əldə olunan mənfəətin ölkənin ümumdaxili məhsulunun formalaşmasında nəzərə çarpacaq rol oynadıqlarını bildirirlər. Con Hopkins Universitetinin 2003- ildə  apardığı araşdırmaya görə, ABŞ-da 44 milyon 564 min nəfər könüllü fəaliyyət göstərirdi ki, bu da yetkinlik yaşından yuxarı olan əhalinin 22 faizi demək idi, onların gördüyü işin ya xidmətin pulla ekvivalenti yaxud dəyəri 109 milyard 12 milyon dollardan çox idi. Bu rəqəm Fransada 41 milyard 929 milyon, Almaniyada 48 milyard, Yaponiyada 23 milyard, Böyük Britaniyada  21 milyard, Çexiyada  196 milyon ABŞ dollardır. Bütövlükdə isə 36 ölkədə aparılan  araşdırma nəticəsində bəlli olmuşdur ki, bu   ölkələrdə fəaliyyət göstərən 131 milyon 557 min nəfər könüllünün ildə istehsal etdiyi əməyin dəyəri 316 milyard 415,6 milyon ABŞ dolları civarındadır. Yenə Con Hopkins Universitetinin 22 ölkədə apardığı digər bir araşdırma göstərir ki, həmin ölkələrin ÜDM-nun 5,7 faizi

 

məşğulluğun 4,4 faizi QHT-lərlə birgə könüllülərin payına düşür.

 

Bu faizləri rəqəmə çevirsək, necə böyük bir rəqəmin alındığının şahidi olarıq. Bu fəaliyyətin böyük bir hissəsi, təxminən 55 faizi təhsil, səhiyyə sosial sahəni əhatə edirdi. Əlbəttə ki, bütün bunlar bu ölkələrdə  könüllülər üçün yaradılan münbit şəraitin  əlverişli hüquqi mühitin hesabına mümkün olmuşdu.

Lakin könüllük haqqında hüquqi bazanın olmaması o dövrdə ölkəmizdə belə bir mühüm sahənin lazımi səviyyədə stimullaşdırmağa könüllü əməyinin faydalılığını konkret rəqəmlərlə göstərməyə imkan vermirdi.

Bu qanun layihəsinin qəbulunu zəruri edən 3- səbəb isə ölkədə ardıcıl şəkildə aparılan hüquqi siyasi islahatlar, habelə vətəndaş cəmiyyəti institutlarının güclənməsinə göstərilən dövlət dəstəyi bu istiqamətdə atılan konkret addımlarla birbaşa bağlı idi.

Çünki daha öncə bir sıra addımlarla yanaşı QHT yaxud könüllü sektorun uzun müddət  gözlədiyi bir qərar qəbul edilmişdi. İlham Əliyevin 27 iyul 2007-ci il tarixdə "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdı. Bu konsepsiya dövlətlə

 

vətəndaş cəmiyyəti institutları

arasında münasibətlər modelinin müasirləşməsi,

 

demokratiyanın dərinləşməsi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit effektiv sisteminin yaradılması, qeyri-hökumət təşkilatlarının cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yaxından cəlb olunması onlara dövlət büdcəsindən maliyyənin ayrılması ilə yanaşı bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi, zəruri hallarda yeni qanunların qəbulunu qarşıya bir vəzifə kimi qoyurdu.

Bundan başqa konsepsiyadan irəli gələn məsələlərin icrası məqsədilə Prezidentin 13 dekabr 2007-ci il tarixdə "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası" təsis etdi bu ilin aprelin 16-da həmin Şuranın  8 nəfər  QHT, 3 nəfər dövlət orqanlarının nümayəndəsi olmaqla 11 nəfərlik tərkibini formalaşdıran  sərəncam imzalamışdı. Deməli dövlət bu addımları atmaqla vətəndaş cəmiyyətinə onun ayrılmaz hissəsi olan QHT ya  könüllü sektora hərtərəfli dəstək vermək əzmində olduğunu nümayiş etdirmişdi.

Məhz qeyd olunan konsepsiyanın müddəalarını nəzərə alan Milli Məclis dövlət başçısının bu siyasətinə dəstək olaraq "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsini müzakirəyə çıxardaraq, onu qəbul etməklə QHT qanunvericilik bazasının təkmilləşdirilməsinə başladı.

Qeyd edək ki, bu qanun layihəsinin müddəaları könüllük fəaliyyətini aşkar şəkildə ifadə edir. Qanunun bəzi müddəalarına nəzər salmaq yerinə düşər.

Qanun layihəsinin 1-ci 2-ci maddələrində könüllü fəaliyyətin mahiyyətinə aydınlıq gətirilir, könüllünün tərifini verir bu fəaliyyətin iştirakçılarını - yəni könüllüləri

 

könüllülük fəaliyyətini təqdim edən təşkilatların dəqiq siyahısını müəyyənləşdirir.

Könüllü - öz iradəsi sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti şəxsən həyata keçirən, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi  yaxud vətəndaşlığı olmayan şəxsdir. Könüllülük fəaliyyətinin təşkilatçısı - könüllülük fəaliyyətinin təşkilini həyata keçirilməsini təmin edən, məqsədi gəlir əldə etmək olmayan dövlət orqanları, bələdiyyələr qeyri-hökumət təşkilatlarıdır.

Könüllülük fəaliyyəti - Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, əsas yeri ilə bağlı olmayan, işlərin görülməsi, xidmətlərin göstərilməsi digər dəstəyin verilməsi ilə bağlı ictimai faydalı əvəzi ödənilməyən fəaliyyətdir. Layihədə əvəzi ödənilməyən fəaliyyət - əmək haqqı ilə ödənilməyən ya digər formada mükafatlandırılmayan fəaliyyət hesab edilir.

Maddə 3 Könüllülük fəaliyyətinin növləri əsas istiqamətləri, Maddə 4 Könüllülük fəaliyyətinin iştirakçıları haqqında müddəaları özündə əks etdirir. 4- maddə çox haqlı olaraq qeyd olunur ki, kommersiya hüquqi şəxsləri fərdi sahibkarlıqla məşğul olan şəxslər könüllülük fəaliyyətinin təşkilatçısı ola bilməzlər. Könüllülük fəaliyyətinin iştirakçıları arasında münasibətlər isə Azərbaycan Respublikasının qanunvericiliyinə könüllülük fəaliyyətinin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir.

Layihənin ən vacib maddələrindən biri könüllülük fəaliyyətinin təşkilatçılarının könüllülərin  hüquq vəzifələrini özündə ehtiva edən  5-ci 6- maddələrdir. Hər iki maddə könüllülük fəaliyyəti iştirakçılarının hüquqlarını qanuni maraqlarını müdafiə etməklə yanaşı onların fəaliyyətinin stimullaşdırılmasını təşviq edilməsini, həmçinin könüllünün sağlamlığı sosial təminatı üçün vacib olan  bəzi təminatları nəzərdə tutur ki, bu da qanunun əsas qayəsini təşkil edir. 7-ci maddə könüllülük münasibətlərini tənzimləyən müqavilə haqqındadır. Bu maddə imkan verir ki, könüllünün fəaliyyəti rəsmiləşsin, könüllülük fəaliyyətinin iştirakçıları arasındakı münasibətlər bağlanmış müqavilə çərçivəsində nizamlansın dövlət orqanları ilə təşkilatlar arasında yaşanan problemlər aradan qaldırılsın. 

8-ci maddədə isə Könüllülük fəaliyyəti sahəsində beynəlxalq əlaqələrə, ölkə ərazisində könüllülük fəaliyyətini həyata keçirmək üçün xarici könüllülərin həmçinin yerli könüllülərin xarici ölkələrdə iştirakına hüquqi təminat verir.

Bütün bunlarla yanaşı digər bir çox məqamların layihədə əks etdirilməsi qanunun imkanlarını  artırar, könüllü fəaliyyətə daha dolğun hüquqi təminat verərək, bu nəcib işi xeyli stimullaşdırdı.

AQİL

 





14.03.2014    çap et  çap et