Türkiyə Silahlı Qüvvələrinin quru qoşunlarının briqadalarının Ankarada möhtəşəm hərbi təlimləri keçirilib.
525.az AZƏRTAC-a istinadla xəbər verir ki, paytaxt Ankaranın Şərəflikoçhisar rayonunda yerləşən quru qoşunları poliqonunda keçirilən hədəfi vurma təlimlərinə 1-ci və 12-ci motoatıcı piyada korpuslarının nəzdindəki tank briqadaları cəlb olunub.
Təlimlərdə iştirak edən heyətlər hədəfləri tam dəqiqliklə məhv ediblər.