525.Az

"Salvador Mundi"nin rəqəmsal forması hazırlandı – Foto


 

"Salvador Mundi"nin rəqəmsal forması hazırlandı – <b style="color:red">Foto</b>

Rəqəmsal dünyaya və kriptovalyutalara maraq gündən-günə artır. Bu dəfə Leonardo da Vinçinin "Salvador Mundi" əsəri rəqəmsal sertifikata çevrilib.

 
525.az xəbər verir ki, əsərin hərracda satılan ən bahalı əsər olacağı və 450 milyon dollar gəlir əldə edəcəyi gözlənilir. Əsərin yeni rəqəmsala çevrilmiş formasının müəllifi Ben Leuisdir. Belə ki, İsa peyğəmbərin sağ əlini xeyir-dua vermək üçün qaldırdığını və sol əlində dollar tutduğunu əks etdirən rəqəmsal əsər “Opensea” adlı platformada satışa çıxarılıb.

 

 
Müəllif, həmçinin “NFT”yə çevirdiyi əsərin adını da dəyişdirib. Buna "Salvator Metaversi" adını verib. Leuis bildirib ki, əsərin “Salvador Mundi” orijinal adı dünyanın xilaskarı deməkdir: “Metaversi isə “onlayn” mənasına gələrək genişlənmiş kriptovalyuta dünyasını özündə əks etdirir mənasını verir”.

 
El Roman

 

 





08.04.2021    çap et  çap et