525.Az

Şimali Koreya Tokio Olimpiadasında imtina etdi


 

Şimali Koreya Tokio Olimpiadasında imtina etdi<b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikası (KXDR) Tokio Olimpiadasında  iştirakla bağlı yeni qərar verib.

525.az xəbər verir ki, qərarə əsasən, hökumət idmançıları COVID-19-dan qorumaq səbəbilə bu yay Tokioda keçiriləcək Olimpiya Oyunlarına qatılmayacağını açıqlayıb. Bu qərar Cənubi Koreyanın oyunlardan istifadə edərək Şimali Koreya ilə yaxınlaşma planına zərbə vurub.

 
Hər iki ölkə ilk dəfə 2018 Qış Olimpiya Oyunlarında eyni komandada, tək bayraq altında qatılmış və bu, bir çox danışıqlara səbəb olmuşdu.

 
Qeyd edək ki, Şimali Koreya rəhbərliyi bu günə qədər ölkədə heç bir koronavirusa yoluxma faktına rast gəlinmədiyini desə də, sağlamlıq mütəxəssisləri bu iddianı real hesab etmirlər.  

 
El Roman

 





08.04.2021    çap et  çap et