525.Az

Tramp “Forbes” siyahısında gerilədi


 

Tramp “Forbes” siyahısında gerilədi<b style="color:red"></b>

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 4 illik hakimiyyəti dövründə varidatından 1 milyard dollardan çox itirməsi səbəbilə “Forbes”in milyarderləri siyahısından 300 pillə gerilədiyi bildirilib.

 
525.az xəbər verir ki, hər il milyarderlərin siyahısını dərc edən “Forbes”in məlumatına görə, Tramp bu ilki siyahıda təqribən 2,4 milyard dollar sərvətlə 1299-cu yerdə qərarlaşıb. Keçən il Trampın 1001-ci yerdə olduğu vurğulanıb.

 
“Forbes”in hesabatına görə, Tramp 2017-ci ildə Ağ Evin kürsüsünə oturduqda, onun ümumi sərvəti 3,5 milyard dollar civarında idi. Prezidentliyi dövründə şəxsi biznesi ilə məşğul ola bilməməsi zərərlə nəticələnib. Xüsusilə, 2020-ci ilin martında ölkə gündəmini zəbt edən yeni növ koronavirus epidemiyası Trampın otel, kazino və ofis icarə biznesinə ciddi təsir edib.

 
El Roman

 





08.04.2021    çap et  çap et