525.Az

"İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir"


 

"İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir"<b style="color:red"></b>

“Azərbaycanı qələbə münasibətilə təbrik edirəm. Prezidenti də 30 işğaldan sonra qaytarılan ərazilərə görə təbrik etdim. Torpaqlar sahibinə qaytarılıb. Bu kabus başa çatıb lakin hekayənin yarısı bitib, digər yarısı da var. Gələcəkdə nə baş verəcək. Bu, bütün Müsəlman dövlətləri üçün İƏT üçün qələbədir. Üzv dövlətimiz öz hüququnu bərpa edib. Livan boyda bir ərazini geri qaytarıb, bu böyük qələbədir, böyük ərazidir. Tarix yazılıb. Bu zəfər münasibətli Azərbaycan prezidentini təbrik etdim.  Azərbaycan hökuməti keçən il ərzində səylər göstərib Başqa ölkədə bu baş versə idi, onlar 30 il gözləməzdi.

Siz diplomatik yollardan istifadə etmisiniz bu illər ərzində. Azərbaycan bir başqa ölkənin ərazisinin 1 sm-nə də girməyib”.

525.az-ın xəbərinə görə, bunu İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bura gəlmişik ki, quruculuq və əməkdaşlıqla bağlı yol xəritəsi formalaşdıraq, bərpa işlərini necə başlayacağımızı müəyyənləşdirək. Ermənistan mina xəritələrini vermir, bu çox mürəkkəb və təhlükəlidir. Digər məslə məscidlərlə bağlıdır. Bu dini yerlərdi, bu yerlərdə insanlar səcdə edir, bu yerlərə toxunmaq olmaz. Lakin bu yerlər dağıdılıb. Biz düşünürük ki, biz öz dəstəyimizi verək, irsin qorunması üçün hansı addımlar atıla bilər, bunu araşdıraq”, deyə Baş katib vurğulayıb.

Qeyd edib ki, Azərbaycanda bütün dinlərə hörmət bəslənilir: “Azərbaycan dözümlülük, tolerantlıq nümunəsidir, parlaq nümunədir dünya üçün. Düşünürəm gələcək daha çətin olacaq, yenidənqurma, səbir, maliyyə tələb edir. Amma Azərbaycanda, Bakıda hər il yeni layihələr həyata keçirilir, inkişaf edir”.

Yusif bin Əhməd Əl-Osaymin əlavə edib ki, İƏT Azərbaycanın bütün səylərini dəstəkləyir, Azərbaycanın arxasındadır.

 

 





08.04.2021    çap et  çap et