525.Az

BMT Baş Assambleyasının Prezidenti Fəxri xiyabanı ziyarət edib


 

BMT Baş Assambleyasının Prezidenti Fəxri xiyabanı ziyarət edib<b style="color:red"></b>

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.

525.az APA-ya istinadən xəbər verir ki, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

V. Bozkır daha sonra Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərin ruhuna ehtiramını ifadə edib.

“Azərbaycan uğrunda canlarını fəda edən şəhidlərimizi hörmətlə yad edirik. Bu qardaş torpaqlarda rahat uyuyun”, - deyə V. Bozkır “Türk şəhidliyi”ndə söyləyib. 

***

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.

525.az-ın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

 





09.04.2021    çap et  çap et