525.Az

Rus general Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb


 

Rus general Ermənistan hakimiyyətini yalançı və təxribatçı adlandırıb<b style="color:red"></b>

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov aprelin 8-də Bakıda İrəvana erməni əsirlərin gətirilməsinin gözlənildiyi barədə yayılmış məlumatları təxribat adlandırıb.

525.az APA-ya istinadən xəbər verir ki, Ermənistanın "Hraparak.am" saytının əməkdaşı İrəvanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalistin “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi” sualına cavabında Rüstəm Muradov “Bu, yalan və təxribatdır. Onlardan soruşun. Onlar xalqı aldadırlar. Bu planlaşdırılmış, adi səfər idi”, - deyə general-leytenant Bakı və İrəvana səfəri barədə söyləyib.

 





09.04.2021    çap et  çap et