525.Az

Britaniya Kraliçasının həyat yoldaşı vəfat edib


 

Britaniya Kraliçasının həyat yoldaşı vəfat edib<b style="color:red"></b>

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq Hersoqu Şahzadə Filip vəfat edib.

525.az-ın xəbərinə görə, bu barədə Kral ailəsi məlumat yayıb.

“Əlahəzrət Kraliça həyat yoldaşı Edinburq Hersoqu Şahzadə Filipin ölümünü dərin kədərlə elan edir. Şahzadə bu gün səhər Vindsor qəsrində vəfat edib", - deyə Kral sarayının məlumatında qeyd olunub.

 





09.04.2021    çap et  çap et