525.Az

Qırğız Prezidenti səfir Hidayət Orucovu qəbul edib


 

Qırğız Prezidenti səfir Hidayət Orucovu qəbul edib<b style="color:red"></b>

Aprelin 9-u Qırğız Respublikası Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Hidayət Orucovu qəbul edib.

525.az-a verilən məlumata görə, səfiri salamlayan prezident onun salamlarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə çatdırmağa xahiş edib. Qırğız Respublikasın eyni tarixi kökə, mədəniyyətə, ortaq dəyərlərə malik olan Azərbaycanı qardaş ölkə kimi qəbul etdiyini diqqətə çatdıran prezident Vətən müharibəsində qazanılan möhtəşəm qələbə və dədə-baba torpaqlarımızın işğaldan azad olunması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edib, 10 noyabr 2020-ci il tarixli bəyanatın regionumuzda davamlı və uzunmüddətli sülhün təmin edilməsinə zəmin yaradacığına ümidvar olduğunu söyləyib. İki ölkə arasında intensiv təmasların ən yüksək və yüksək səviyyədə olmasının vacibliyini qeyd edən Prezident Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Qırğız Respublikasına səfərə dəvət edib, bildirib ki, Azərbaycanla Qırğızıstan arasında müxtəlif sahələr, xüsusilə iqtisadiyyat üzrə əməkdaşlığın inkişafı üçün istifadə edilməmiş böyük potensial mövcuddur.

Prezident sonra səfir Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Səfir Hidayət Orucov qəbul üçün Prezindet Sadır Japarova təşəkkür edərək ona Azərbaycanın dövlət başçısının salamlarını və xoş arzularını çatdırıb, bildirib ki, ölkələrimiz arasında münasibətlərin dərinləşməsi, genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindəndir.

Səfir Qırğız Respublikası Prezidenti Sadır Japarovun rəhbərliyi ilə də Azərbaycan və Qırğızıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qardaş xalqlarımızın rifahı naminə dinamik şəkildə dərinləşəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, ölkələrimizi və xalqlarımızı etnik və tarixi əlaqələr, ortaq mədəniyyətlər, ənənələr, adətlər, dil və din birləşdirir, bu isə öz növbəsində əməkdaşlıq üçün böyük imkanlar yaradır.

Azərbaycan ilə Qırğızıstanın qardaş ölkələr olduğunu vurğulayan səfir hər iki ölkə müstəqilliyini bərpa etdikdən sonra həyatımızın bütün sahələrində bu əməkdaşlıq daha da dərinləşir, ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. O, hər iki ölkənin iqtisadi əlaqələrin, investisiya qoyuluşlarının və ticarət dövriyyəsinin genişləndirilməsinə imkan verən böyük istifadə olunmamış potensialının mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi, ticarət dövriyyəsinin artırılması və idxal-ixracın diversifikasiyası məsələləri də müzakirə edilib.

 





09.04.2021    çap et  çap et