525.Az

Yazıçılar Birliyində Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunub


 

Yazıçılar Birliyində Əli bəy Hüseynzadənin 150 illiyi qeyd olunub<b style="color:red"></b>

Yazıçılar Birliyinin (AYB) “Natəvanklubunda görkəmli ictimai xadim, maarifçi yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd edilib.

 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinƏli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014- il 21 yanvar tarixli Sərəncamını ümumilikdə Azərbaycan ziyalılığına verilən qiymətin daha bir nümunəsi kimi dəyərləndirib.

 

Görkəmli ictimai xadiminTürklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlarsözlərini diqqətə çatdıran N.Cəfərov deyib ki, Əli bəy Hüseynzadənintürkləşmək, islamlaşmaq, müasirləşməkçağırışı bilavasitə maarifçi dünyagörüşü üzərində bərqərar olub. Natiq türk xalqlarına islami dəyərlərə edilən basqılara qarşı həmişə öz haqq səsini ucaldan Əli bəy Hüseynzadənin milli mücadilə tariximizdə misilsiz xidmətləri olduğunu söyləyib.

 

AYB-nin sədri, Xalq yazıçısı Anar bildirib ki, Əli bəy Hüseynzadə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan eyni zamanda, türk xalqlarına yol göstərən müxtəlif elm sahələrində dəyərli əsərlər yaradan tarixi şəxsiyyətlərdəndir. O, publisistikada böyük söz sahibi, insan həyatının müxtəlif sahələrini öyrənmək ona yol göstərməkdə misilsiz tarixi sima olub.

 

Filologiya üzrə elmlər doktoru Nizaməddin Şəmsizadə, “Əli bəy Hüseynzadəensiklopedik kitabının müəllifi Azər Turan, AYB-nin katibi Arif Əmrahoğlu başqaları Əli bəy Hüseynzadənin həyat yaradıcılığından söz açıblar. Vurğulanıb ki, görkəmli mütəfəkkirin düşüncələri özünün sağlığında olduğu kimi, bu gün aktualdır. Ə.Hüseynzadə ömrü boyu türk xalqlarının tərəqqisi naminə ümumtürk mənəvi dəyərlərini təbliğ edib, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının onun rənglərinin formalaşmasında böyük rol oynayıb.

 

S.ABDULLAYEVA
 





15.03.2014    çap et  çap et