525.Az

Co Bayden Şahzadə Filipin vəfatı ilə bağlı başsağlığı verib


 

Co Bayden Şahzadə Filipin vəfatı ilə bağlı başsağlığı verib<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Böyük Britaniya kraliçası II Elizabetə həyat yoldaşı, Edinburq hersoqu Şahzadə Filipin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Bütün Birləşmiş Ştatlar xalqı adından Ülyahəzrət Kraliça II Elizabetə, bütün kral ailəsinə və Birləşmiş Krallıq xalqına Edinburq hersoqu Şahzadə Filipin vəfatı ilə əlaqədar başsağlığı veririk”, - deyə məlumatda qeyd olunub.

C.Bayden bildirib ki, Şahzadə Filip uzun ömrü boyu dünyada və insanların həyatında təkrarlanan və həqiqətən qəfil dəyişikliklər görüb: “İkinci Dünya Müharibəsindəki əsgəri xidmətindən bəri, Kraliça ilə ömür sürdüyü 73 il boyu və cəmiyyətin tam gözü önündə keçən bir ömrü başa vuranadək şahzadə Filip özünü və həyatını Böyük Britaniya xalqına, ümumi rifah naminə və ailəsinə həsr edib”.

 





09.04.2021    çap et  çap et