525.Az

Türkiyədə daha 55,7 min nəfərin COVID-19 testi pozitiv çıxıb


 

Türkiyədə daha 55,7 min nəfərin COVID-19 testi pozitiv çıxıb<b style="color:red"></b>

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 253 nəfər vəfat edib.

525.az xəbər verir ki, bu barədə “covid19.saglik.gov.tr” portalında məlumat yayılıb.

Məlumata görə, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 55 791 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 35 786, ağır xəstələr isə 2408 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 3 745 657 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 3 268 678 nəfər sağalıb, 33 454 nəfər isə həyatını itirib.

 





09.04.2021    çap et  çap et