525.Az

Bakıda “Gənc şairələrin II beynəlxalq Forumu” keçirilib


 

Bakıda “Gənc şairələrin II beynəlxalq Forumu” keçirilib<b style="color:red"></b>

Martın 14-də “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Prezident yanında Gənclər Fondu və AzərbaycanYazıçılar Birliyinin dəstəyi ilə Muğam Mərkəzində “Gənc şairələrin II beynəlxalq Forumu” gerçəkləşib. Forumda 24 ölkənin gənc şairələri iştirak edib. Həmçinin bir sıra ziyalılar, mədəniyyət xadimləri bu tədbirə qatılıblar.

 

Böyük İpək YoluBGİ-nin sədri, millət vəkili Fuad Muradov bildirib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əlaqələri inkişaf etdirməkdir. Millət vəkili vurğulayıb ki, ölkə başçısının gənclərə göstərdiyi diqqət qayğı onlara böyük stimul verir: “Məhz buna görə ölkəmizdə gənclər siyasəti hər gün bir az daha inkişaf edir. Biz düşünürük ki, bu cür forumlar, görüşlər keçirməklə bir çox problemi həll etmək olar”.

 

Daha sonra çıxış edən gənclər idman nazirinin müavini İntiqam Babayev Forum haqqında fikirlərini bölüşüb: “Deyə bilərəm ki, bu Forum artıq ənənəvi hal alıb. ÇünkiBöyük İpək YoluBGİ tərəfindən ötən ilGənc şairlərin I beynəlxalq Forumutəşkil edilib. Forum böyük maraq rezonansa səbəb olmuşdu. Mən inanıram ki, builki Forum da o cür olacaq gənc şairələr üçün lazımi şərait yaradılacaq ki, onlar bizim paytaxtımızla, adət-ənənələrimizlə yaxından tanış olsunlar”.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzetin baş redaktoru Rəşad Məcid gənc şairələrə uğurlar arzulayıb ölkəmizin onların yaddaşında silinməz iz buraxacağını bildirib: “Uşaqlıqda şeirlərin sonunda onun yazılma tarixi, yeri mənə maraqlı gəlirdi. Mən inanıram ki, Bakının ab-havası, Xəzərin sahilləri gənc şairələrdə xoş ovqat yaradacaq. vaxtsa onların şeirini oxuyanda aşağıda  Bakı, 2014” sözləri yazılacaq”. 

 

Xalq artisti Fəxrəddin Manafov Monakonun Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Həsən Həmid  Forum haqqında fikirlərini bölüşüblər.

 

Beynəlxalq Forumun ikinci hissəsindəŞərq-Qərb mədəni müxtəlifliyi qadınların perspektivində”, “XXI əsrdə ədəbiyyatda yeni meyllərƏdəbiyyatda sülhə çağırış meyllərimövzularında seminar keçiriləcək. Bu tədbirlərə Xalq yazıçısı Çingiz Abdullayev, yazıçı-publisist Günel Anarqızı Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva moderatorluq edəcəklər.

 

RAMİL

 

 

 





15.03.2014    çap et  çap et