525.Az

Yeni kitab dərc edildi – Gəlirləri şəhid və qazi ailələrinə təqdim ediləcək


 

Yeni kitab dərc edildi – <b style="color:red">Gəlirləri şəhid və qazi ailələrinə təqdim ediləcək</b>

Yazar Seymur İlyasovun yeni kitabı nəşr edilib.

525.az xəbər verir ki, müəllifin “Nokia” adlı kitabında yoxluqlar içində qurulan məşhur şirkətinin elektronika və telekommunikasiya sahəsində dünya nəhənginə çevrilməsinin və qısa müddətdə bu bazardan silinməsindən bəhs edilir. Şirkət fəaliyyətinin hər bir dövrü dərin şəkildə analiz edilərək, edilən yanlışlar və doğru addımlar dəyərləndirilib.

Bu kitabda 150 ildən çox fəaliyyət göstərmiş nəhəng bir şirkətin real təcrübələrini öz sənaye və iş dünyamızla əlaqələndirərək mövcud problemlərin optimal və qısa bir zamanda həll edilməsi istiqamətində oxuculara faydalı olması hədəflənib.

Qeyd edək ki, kitabın satışından əldə edilən bütün gəlirlər şəhid və qazi ailələrinin ehtiyaclarının, onların övladlarının təhsil xərclərinin ödənilməsi üçün təqdim ediləcək.

Kitabı “Business Management School”, “Özsüt” Restoranlar şəbəkəsi, “Login” kitab evi, “Mənbə” kitab evi, Bookzone.az-dan əldə etmək olar.

Əlaqə nömrəsi: +994 70 581 71 24

Email: [email protected]

 





10.04.2021    çap et  çap et