525.Az

Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib


 

Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif edib<b style="color:red"></b>

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

525.az-ın xəbərinə görə, Sərəncama əsasən, Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev səfir Erkan Özorala “Dostluq” ordenini təqdim edib.

 





10.04.2021    çap et  çap et