525.Az

Xarici ölkələrin hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib


 

Xarici ölkələrin hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib<b style="color:red"></b>

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, on iki dövlətin hərbi attaşelik aparatının 15 nümayəndəsinə hərbi hissə, eləcə də HHQ-nin Vətən müharibəsində həyata keçirdiyi fəaliyyəti haqqında brifinq verilib və onların sualları cavablandırılıb.

Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 





10.04.2021    çap et  çap et