525.Az

“Türkdilli dövlətlər Azərbaycanın yanında olacaq”


 

“Türkdilli dövlətlər Azərbaycanın yanında olacaq”<b style="color:red"></b>

“Türk Şurası 44 gün davam edən Vətən müharibəsində Azərbaycanı dəstəklədi”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.

Zəfər münasibəti ilə Azərbaycanı təbrik edən B. Amreyev bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə görə çox şaddırlar:

“Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik. Türk Şurası 12 noyabrda İstanbulda mühüm toplantı keçirib, mühüm qərarlar qəbul edəcək. Türk dövlətlərinin bir sıra dövlətlərinin müstəqilliyinin 30 illiyi münasibəti ilə İstanbulda böyük konfrans keçiriləcək”.

B. Amreyev əlavə edib ki, eyni zamanda, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

“Bu gün media sahəsində əməkdaşlıq Türk Şurasında ən önəmli mövzularından biridir. Media sahəsində işbirliyi üzv dövlətlərimiz arasında strateji əhəmiyyət daşıyır”.

O, Qarabağ savaşı zamanı Azərbaycan və Türkiyə arasında media sahəsində ortaqlığını nümunə göstərib:

“Hədəfimiz bu ortaqlığı üzv dövlətlər arasında da tətbiq etməkdir. Nursultan Nazarbayev ümumi türk kanalı qurmağı tövsiyə etdi. 18 avqust 2015-ci ildə Astanadakı ilk toplantımızda media sahəsində əməkdaşlıqla bağlı protokolu, rəsmi xəbər agentlikləri arasındakı əməkdaşlıqla bağlı sazişi və s. lazımi hüquqi protokolları qəbul etdik. 2021-2022-ci illərdə media sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı dünən keçirilən iclasda işlər müzakirə edilib. Video materialların hazırlanması ilə bağlı da razılıq əldə edilib. Bu üzv dövlətlər arasında əməkdaşlığa daha da töhfə verəcək”.

 





10.04.2021    çap et  çap et