525.Az

“Türkdilli dövlətlər arasında zəif nöqtələri tapmaq lazımdır”


 

“Türkdilli dövlətlər arasında zəif nöqtələri tapmaq lazımdır”<b style="color:red"></b>

“Türk Şurasında analiz və izləmə fəaliyyətləri çox mühüm yer tutur”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib.

O qeyd edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığı gücləndirmək, zəif nöqtələri tapmaq, media sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.

“2021-2022-ci illərdə media sahəsində praktik əməkdaşlığın həyata keçiriləcəyinə əminəm”, - deyə o vurğulayıb.

 

 





10.04.2021    çap et  çap et