525.Az

“Türk dünyasının birlik olması məcburiyyətdir”


 

“Türk dünyasının birlik olması məcburiyyətdir”<b style="color:red"></b>

“Türk Şurasının ilk zirvəsinin keçirilməsindən 12 il ötür. Ötən müddət ərzində Türk Şurası artıq dünyada önəmli bir platformaya çevrilib”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrddin Altun bildirib.

“Bugünkü dünya 12 il əvvəlki dünya deyil. Türkiyəyə qarşı təhdidlər oldu. Bu təhdidlər hələ də davam edir. Yeni təhdidlər qarşısında bizim Türk dünyası olaraq birlik olmağımız bir məcburiyyətdir. Bu, qardaşlığımızın tələbidir. Bu gün türklüyə təhdidlərin başında FETÖ durur. FETÖ virus kimidir. Bu virus türk dünyasının digər ölkələrinə də yayılıb”, - deyə F. Altun vurğulayıb.

O qeyd edib ki, hədəflərə koordinasiyalı şəkildə çatmağın yollarını axtarmaq lazımdır:

“Min illərdir bizə aid olan ata torpaqlarımız turizm sahəsində dünyada əsas yerlərdən birini tutur. Şuşa və türk dünyasının digər şəhərlərinin, rayonlarının beynəlxalq turizm bölgəsinə çevrilməməsi üçün heç bir səbəb yoxdur. Bu iclas bunun üçün önəmli imkandır. Türk dünyasının da əsas problemlərindən biri dezinformasiyalarla mübarizədir. Bizim əsas məqsədimiz həqiqəti çatdırmaqdır. Şüarımız da “Yaşasın Həqiqətdir!”

 





10.04.2021    çap et  çap et