525.Az

Türkiyə və Ukrayna prezidentləri görüşdü


 

Türkiyə və Ukrayna prezidentləri görüşdü <b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenskinin Huber iqamətgahında görüşü başlayıb.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra hər iki lider nümayəndə heyətləri ilə birlikdə Yüksək Səviyyəli Strateji Şuranın iclasını keçirəcəklər.

Hazırda davam edən görüş çərçivəsində Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, azad iqtisadi ticarət müqaviləsi, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına aid layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılacaq.

Dövlət başçıları Rusiya və Ukrayna arasında yaranan gərginliklə əlaqədar da müzakirələr aparacaqlar. Daha sonra Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı təşkil edəcəyi gözlənilir.

 





10.04.2021    çap et  çap et