525.Az

Salyanda minik avtomobili aşdı: 5 nəfər xəsarət alıb


 

Salyanda minik avtomobili aşdı: <b style="color:red">5 nəfər xəsarət alıb</b>

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

525.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü  Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü  Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü  Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü  Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

 





11.04.2021    çap et  çap et