525.Az

"Koçaryan Qarabağ nizamlanmasında vəziyyəti dəyişə bilər”


 

"Koçaryan Qarabağ nizamlanmasında vəziyyəti dəyişə bilər”<b style="color:red"></b>

“Qarabağ nizamlanmasında vəziyyət eks-prezident Robert Koçaryanın hakimiyyətə gəlməsi halında dəyişə bilər. Lakin Moskva hazırkı durumun qorunub saxlanılmasında maraqlıdır”.  

525.az-ın məlumatına görə, bunu “Avrasiya inkişafı” Ekspert Mərkəzinin icraçı direktoru Stanislav Pritçin Bakıda bildirib.

Onun sözlərinə görə, əgər bir neçə ay əvvəl bütün sosial sorğular hazırkı Baş nazir Nikol Paşinyanın birmənalı qələbə qazanacağını göstərirdisə, indi aydın olur ki, eks-prezident Robert Koçaryana da dəstək var.  

“Aydındır ki, hər şey seçkilər nəticəsində məlum olacaq, lakin R. Koşaryanın da şansı var. Və onda Qarabağ nizamlanması məsələsində tamamilə başqa situasiya yaranacaq.

Lakin bütün hallarda Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlı kontingenti öz müsbət rolunu oynayacaq, çünki hazırkı vəziyyətin qorunub saxlanılmasında maraqlıdır”, - deyə ekspert qeyd edib.

 





11.04.2021    çap et  çap et