525.Az

Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq


 

Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq<b style="color:red"></b> Avropa İttifaqı (Aİ) Krımda keçirilən referendumun nəticələrini tanımayacaq.
 
APA TV-nin xəbərinə görə, bu barədə qurumun Ukrayna nümayəndəliyinin "facebook" səhifəsində yazılıb: "Bu referendum qeyri-konstitusiondur və orada Avropa İttifaqının heç bir müşahidəçisi yoxdur. Bu müddətdə Krımda olan və "referendum"a şərh verən Avropa İttifaqı vətəndaşları qurumu təmsil etmirlər".
 
Martın 16-da Krımda başlayan "referendum"un legitimliyini dünyada yalnız Rusiya, Suriya, Venesuela və Şimali Koreya tanıyıb.
 
Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer Rusiyanı Krım münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə çağırıb: “Əgər Rusiya son anda güzəştə getməzsə, biz, Avropa İttifaqı xarici siyasət idarələri rəhbərlərinin növbəti gün keçiriləcək iclasında lazımi cavab verəcəyik".
 





16.03.2014    çap et  çap et