ABŞ Müdafiə Nazirliyi Pentaqonun paylaşdığı UFO ( naməlum uçan obyekt) görüntüləri bütün dünyada maraqla qarşılanmışdı.
525.az xəbər verir ki, hələ ötən illərdə Hərbi Dəniz Qüvvələri zabitləri tərəfindən gecə görmə cihazı istifadə edilərək dənizdən 700 fut yüksəklikdə piramida formalı UFO-nun göründüyü video qeydə alınmışdı.
Yeni verilən məlumatlara görə, bunun gizli layihə və ya xarici bir orduya aid deyil və uçan piramidalara bənzəyən UFO olduğu bildirilib.
Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri 2019-cu ilin sentyabrında internetə sızmış UFO görüntülərinin gerçəkliyini ilk dəfə təsdiqləyib.
Firuzə Əliyeva