525.Az

"Ortaq keçmiş və onun müasir interpretasiyası"


 

BAKI SLAVYAN UNİVERSİTETİ BU MÖVZUDA SEMİNARLAR KEÇİRİR

"Ortaq keçmiş və onun müasir interpretasiyası" <b style="color:red"></b>

2021-ci ilin mart ayından etibarən Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası tərəfindən təşkil olunmuş "SHARED PAST (ortaq keçmiş) və onun müasir interpretasiyası" onlayn seminar seriyası keçirilir.

Hər görüş 1 saat 30 dəqiqə davam edir və hər dəfə humanitar elmlərin müxtəlif sahələrində tədqiqatları ilə tanınan alimlər dəvət olunur. 

İlk qonaq martın 18-də Azərbaycan Universitetindən professor Qorxmaz Quliyev, mövzu isə "Nizami müasir interpretasiyada" idi. İkinci qonaq isə aprelin 9-da Qazaxıstanın Əl-Fərabi Universitetindən Anuar Galiyev, mövzu isə "Millətlərin formalaşması - Nizamidən Mahmud Kaşqariyə qədər" olub.

 





11.04.2021    çap et  çap et