525.Az

Maestro Əyyub Quliyevdən ustad dərsləri


 

Maestro Əyyub Quliyevdən ustad dərsləri<b style="color:red"></b>

Heydər Əliyev Sarayının nəzdində, Azərbaycanda ilk dəfə olaraq, "Prodüser mərkəzi"nin proqramı çərçivəsində Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyevin opera-simfonik dirijorluğu üzrə ustad dərsləri keçiriləcək.

Layihənin məqsədi 16-22 yaş arasında gənc musiqiçilər arasında dirijorluq sənətinin tədrisi və bu sənətə marağı artırmaqdır.

Qeyd etmək lazımdır ki, dirijorluqla bərabər, Prodüser mərkəzi  caz, estrada, klassik vokal, instrumental ifaçılıq və rəssamlıq üzrə istedadlı gəncləri seçərək 3 il müddətində öz öhdəliyinə götürəcək.

Müsabiqədə iştirak etmək istəyən hər kəs (050) 493 55 11 (“Whatsapp”, “Telegram”) nömrəsinə özü haqqında ətraflı məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir dəqiqədən artıq olmamaq şərti ilə videomaterialı 20 aprel 2021-ci il tarixinədək təqdim etməlidir.

Dirijor Əyyub Quliyev pedaqoji fəaliyyətlə 2009-cu ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında məşğul olur. 2015-ci ildən Akademiyanın dosenti seçilən dirijorun tələbələri indi Vyana Dövlət Konservatoriyası və Moskva Dövlət Konservatoriyası kimi ali musiqi təhsil ocaqlarında uğurla təhsilini davam etdirirlər.

 





11.04.2021    çap et  çap et