525.Az

“Hər ay bir gün” aksiyası davam edir - Fotolar


 

“Hər ay bir gün” aksiyası davam edir - <b style="color:red">Fotolar</b> “Yeni Üfüq“ Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı layihəni davam etdirirlər.

Birliyin sədri Sevinc Əzimbəylinin yeniufuq.org-a verdiyi məlumata görə aksiya ayda bir dəfə keçirilir. O, gənclərin millətimizin şəhid övladlarının yaşamış olduqları binalara vurulmuş şəhid lövhələrini, eləcə də bu lövhələrin ətrafında təmizlik işlərini həyata keçirməklə cəmiyyətin, ən azı həmin binada yaşayan insanların, xüsusilə gənclərin milli qürurumuz olan qəhrəman şəhid övladlarımıza münasibətdə biganə olmayacaqlarına əmin olduğunu söyləyib.

Sevinc Əzimbəyli birliyin ardıcıl olaraq keçirdiyi belə tədbirlərin gənclərimiz arasında milli-vətənpərvərlik hislərinin yüksəlişinə səbəb olacağına inandığını və gerçək vətən şəhidlərinin ölkədən kənarda deyil, öz məmləkətinin uğrunda öldürülənlərin olduğunu xüsusi olaraq qeyd edib.

 





16.03.2014    çap et  çap et