525.Az

"Dövlət İmtahan Mərkəzinin ən vacib fəaliyyət prinsipi şəffaflıqdır"


 

"Dövlət İmtahan Mərkəzinin ən vacib fəaliyyət prinsipi şəffaflıqdır"<b style="color:red"></b>

"Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib".

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, təhsil sahəsi, dövlət qulluğu üçün kadrların seçilməsi, inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş normativ hüquqi aktların həyata keçirilməsində xüsusi yeri olan qurumlardan biri də Dövlət İmtahan Mərkəzidir.  DİM Prezidentin təsdiq etdiyi dövlət proqramlarından, həmçinin, fərman və sərəncamlarından irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparıb və aparmaqdadır: "Dövlət İmtahan Mərkəzinin ən ümdə fəaliyyət prinsipi şəffaflıqdır. Mərkəz tələbə qəbulu və dövlət qulluğuna qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə, ictimaiyyətin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə böyük önəm verib. İmtahanların məzmunu həmişə açıq olub. Qəbul kampaniyasının bütün gedişinin və ayrı-ayrı mərhələlərinin ardıcıl olaraq internetdə, "Abituriyent" jurnalı və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin edilib. DİM-in üzərinə düşən vəzifə öhdəliklərinin yerinə yetirilməsi hər il yüz minlərlə insanın bu və ya digər şəkildə kütləvi proseslərə cəlb edilməsi ilə müşayiət olunur və Mərkəz tərəfindən bu kampaniyaların ən yüksək səviyyədə idarə olunması üçün lazımi addımlar atılır".

M.Abbaszadə qeyd edib ki, DİM yarandığı 2016-cı ildən indiyə qədər keçirdiyi müxtəlif təyinatlı imtahanlarda 2 milyon 936 min 294 nəfər iştirak edib.

DİM-in ötən 5 il ərzində təqdim etdiyi elektron xidmət layihələrindən 35 milyon 962 min 868 dəfə istifadə olunub. Bu günə qədər şəxsi kabineti olan istifadəçi sayı 596 min 330, kabinetə daxilolma sayı isə 6 milyon 894 min 601-dir .

SEVİNC

 





11.04.2021    çap et  çap et