525.Az

Universitetə yeni prorektor təyin olunub


 

Universitetə yeni prorektor təyin olunub<b style="color:red"></b>

Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

Universitetdən verilən məlumata görə, professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirib. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olmuşdur.

Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilib və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olub. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib fəaliyyəti dövründə  Təhsil Nazirliyi tərəfindən "Respublikanın qabaqcıl təhsil işçisi" adına layiq görülüb. 2003-cü ildə "İlin nümunəvi müəllimi" Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom almışdır. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək "filologiya üzrə fəlsəfə doktoru" elmi adını alıb. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib. 2018-ci ildən indiyə qədər ADPU-nun "Filologiya" fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Mahirə Hüseynova həmçinin, Prezident təqaüdçüsü, "Qızıl qələm" və "İlin alimi" Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir.

SEVİNC

 





11.04.2021    çap et  çap et