Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsinin iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edilir.
525.az APA-ya istinadən xəbər verir ki, qapalı keçirilən iclasda ölkənin Xarici Kəşfiyyat Xidmətinin nümayəndələri deputatları məsələ ilə bağlı məlumatlandıracaq.
Qeyd olunub ki, iclasda deputatlara Dağlıq Qarabağdakı vəziyyətlə bağlı kəşfiyyat xidməti öz baxışını təqdim edəcək.
İclasda eyni zamanda, Ukraynadakı vəziyyətin müzakirə ediləcəyi bildirilib.
***
Gürcüstan parlamentində Dağlıq Qarabağla bağlı müzakirə aparılacaq.
525.az APA-ya istinadən verir ki, məsələ parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Məlumata görə komitənin gündəliyində qeyd olunub ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ələdə edilən razılaşmanın Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsirlərinə fokuslanılacaq. Komitə iclasında Gürcüstan kəşfiyyat xidmətinin rəhbəri Şalva Lomidze dinləniləcək. İclasın qapalı keçəcəyi ehtimal edilir.