Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.
Bu barədə 525.az-a Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.
O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:
“Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.