525.Az

Siyavuş Kərimi koronavirusa yoluxub


 

Siyavuş Kərimi koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVİD-19) yoluxub.

Bu barədə 525.az-a Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib:

“Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.

 





12.04.2021    çap et  çap et