525.Az

Raket-artilleriya batareyalarının döyüş atışlı təlimləri - VİDEO


 

Raket-artilleriya batareyalarının döyüş atışlı təlimləri - <b style="color:red">VİDEO</b>

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.

MN-dən 525.az-a verilən məlumata görə, taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.

Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.

 





12.04.2021    çap et  çap et