525.Az

Azərbaycanı "Eurovision-2014"-də bu mahnı təmsil edəcək- Video


 

Azərbaycanı "Eurovision-2014"-də bu mahnı təmsil edəcək- <b style="color:red">Video</b>

Azərbaycan təmsilçisi Dilarə Kazımova “Eurovision-2014” mahnı müsabiqəsində “Start a Fire” mahnısını ifa edəcək.

Axşam.az xəbər verir ki, mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək birinci yarımfinalda D.Kazımova B&W Hallerne arenasında tamaşaçılar qarşısına məhz bu mahnı ilə çıxacaq.
Mahnısını güclü və eyni zamanda həssas qadının etirafı kimi təsvir edən gənc və istedadlı Dilarə Kazımova deyib:

“Bu mahnı sadəcə məhəbbətdən deyil, həmçinin mərhəmət, insanlıq, qarşılıqlı hörmət və bəzən çox qəddar olan dünyada tənha olmağın səbəbləri barədədir. Mahnının süjeti faciəvi olsa da, lakin sonunda işıqlı gələcəyə ümid var. Sanki qaranlıqda isti, zəif duyulan işıq görürsən. İndi mən, bu mahnıda yaşayıram, onu sonuncu nota qədər hiss eləmişəm və çox istərdim ki, auditoriya da onun dərin mənasını dərk eləsin”.
“Start a Fire” mahnısı istedadlı müəlliflər – Yohann Kronland, Allessandr Qutxardt və Stefan Örn tərəfindən yazılıb.

Qeyd edək ki, S.Örn “Eurovision- 2011”in qalib mahnısı “Running Scared”ın müəlliflərindəndir.
Mahnıda deyilir: “Hətta ən zəif işıq belə alov yarada bilər”.



 





17.03.2014    çap et  çap et