525.Az

Xalq daha düzgün qərar verəcək


 

Xalq daha düzgün qərar verəcək <b style="color:red"></b>

Qardaş ölkə kimi saydığımız, məğrur ruhunun azacıq zəifləməsinə, xəstələnməsinə kədərləndiyimiz Türkiyədə vəziyyət heç yaxşı deyildir. Hakimiyyətdə olan AKP- baş nazir Ərdoğana qarşı etiraz dalğası nəinki səngimək bilmir, əksinə daha da güclənir, ölkənin iri şəhərlərinin az qala hamısına hakim kəsilir. Bu etirazın mənbəyi kimi müxtəlif yalanlar uydurulur, xalqın öz səsinə mövqeyinə malik olması kimi bir həqiqət bütünlüklə unutqanlığa məruz qalır, türklər kimi yenilməz bir xalq ağılsız bir qaydada kənardan uzanan saplarla hərəkətə gətirilən marionetkalar kimi təqdim edilir. Guya ki, başqa ölkədə yaşayan fəaliyyətilə daim öz xalqının şərəfini yüksəltmiş, dünyanın yüzlərlə ölkəsində türk təhsil ocaqlarının təsis edilməsi uğurlu təcrübəsi ilə hamını heyran edən bir şəxs öz ölkəsində əsası olmayan qarışıqlığın meydana gəlməsinə start vermişdir.

 

Belə qəribə izahla əslində kəskin narazılığın, etirazın həqiqi səbəbləri gizlədilməklə yanaşı, öz xalqının taleyinə heç biganə olmayan böyük bir şəxsiyyətin özü əks tərəfdən hədəf götürülməklə, hökumətə qarşı çıxışların idarə edilməsi, dövlət çevrilişinə cəhd edilməsi barədə uğursuz şayiələr işə salınır. Əlbəttə, heç kəs həmin şəxsin belə bir məsul anda neytral mövqeyə malik olmasını da iddia edə bilməz. Bu iddia əslində ona qarşı yönəldilən daha kəskin ittiham xarakteri daşıya bilərdi. Vətənpərvər insanlar ölkəsində azacıq titrəyiş baş verdikdə, bu zəlzələ dalğasını qəbul etməklə kifayətlənməyib, ona öz vətəndaş münasibətini izhar etməməyi özlərinə qəbahət hesab edirlər.

 

Məgər Türkiyədə baş verənlərin səbəbləri ona göz yumanların özünə yaxşı məlum deyildirmi? Hakim partiya onu seçkilərdə dəfələrlə qələbəyə çatdıran Rəcəb Tayip Ərdoğan 10 il ərzində nail olduqlarına özünün valeh nəzərlərini kəsib, bir qədər yol verilən qüsurlara, cəmiyyəti qıcıqlandıran faktlara azacıq diqqət versəydi buna uyğun olaraq siyasətlərində korreksiya aparsaydı, bəlkə narazılığın tufanı dənizdə üzən gəmini fəlakətə uğradan qaydada kükrəməzdi. Hakim partiya onun hökuməti açıq şəkildə, bəzən isə üstüörtülü qaydada Atatürk irsinə qarşı hücumlar etməyə başladı, ölkədə İslam dininin təsirini gücləndirmək üçünlayiqliyibütünlüklə atavizm qalığı kimi silib-süpürməyə çalışdı. Məqsədin sərhədləri tam açıqlanmadığından bu siyasət əslində dövlətin dayaqlarının dağıdılmasına, uçurulmasına yönəldildi. Baniata sayılan Atatürk bütünün dağıdılması əslində ölkə əhalisinin böyük hissəsinin şüurlarına yönəldilmiş hücum idi. Bu hərəkət müəyyən dividendlər gətirsə , Atatürkə olan kütləvi qızğın münasibəti məhv edə bilmədi. Əksinə, onun pərəstişkarlarının müqavimət qüdrətini xeyli möhkəmləndirdi.

 

Demokratik dövlətdə ordunun xüsusi səlahiyyətlərə yiyələnməsi, ölkədə sabitliyin qarantı olması prinsipi demokratiyanın da onun himayəsinə verilməsini mümkün etməklə, bu, heç şübhəsiz, qanunların aliliyini kölgə altına salırdı, əlbəttə ki, Osmanlı imperiyasının xarabalıqları üzərində meydana gələn körpə Türkiyə Respublikasının sağlamlığını qorumaq onu boya-başa çatdırmaq üçün vacib idi. Heybətli ordu ölkənin ərazi bütövlüyü üçün möhkəm sipər rolunu oynayırdı. Dəfələrlə dövlət çevrilişi etmiş türk ordusu heç mələk qiyafəsində deyildi, ölkədə ciddi qarışıqlıq ehtimalı yarandıqda, bu çevrilişlər respublikanı səhv yollardan uzaqlaşdırmaqda da müəyyən müsbət rol oynayırdı.

 

Ordunun hakim rolunu dəyişdirməyə xidmət edən mülayim islahatlar aparmaq əvəzinə, Ərdoğan hökuməti daha kəskin vasitələrə əl atmağı vacib saydı. Bunlardan biri ölkənin Silahlı Qüvvələr Komandanlığını başsız qoymaq kimi ağılsız siyasət idi. Ordunun Baş Qərargah rəisi daxil olmaqla çox sayda generalonları türklər tarixi ənənəyə uyğun olaraq Paşa adlandırırdılar, uydurma böhtanlar əsasında dustaqxanalara atıldı. Onlara hətta ömürlük həbs kimi ağır cəzalar verildi. Həbsxanalar hərbçilərlə, jurnalistlərlə dolduruldu, elə mənzərə yaranırdı ki, bu adamlar həmin vaxt həbsxanalardakı vəziyyəti yoxlamağa gəlmişlər, lakin məlum oldu ki, onlar uzun müddətə azadlıqdan məhrum olunmaqla alçaldıcı dustaq həyatı yaşamalı olacaqlar. Ordunun başçısının məhkum olması nüfuzdan salınması kampaniyası Ərdoğan hökumətinə heç asan başa gəlməyəcəkdi. Mətbuatın zor hesabına susdurulması da əks effekt verirdi.

 

Bu yaxınlarda isə hökumət üzvlərinin xeyli hissəsinin bütünlüklə korrupsiyaya sirayətləndiyi aşkar olundu. Xalqın səbr kasasını doldurub daşmağa məcbur edən həmin damla hökumətin istefasının daha sərt qaydada tələb olunmasına gətirib çıxardı. Artıq Ərdoğanın caduları da köməyə gəlmir, mitinqlərdəki plakatlarda yazılan kimi partiyanın simvolu olanampulanın (elektrik lampasının) partlamasıartıq baş vermişdir. Xalq artıq onun etimadına xəyanət edənləri bağışlamaq istəmir, dövləti səlahiyyətlərdən öz varlanmaları üçün istifadə edənlərlə birdəfəlik vidalaşmağa cəhd edir.

 

Lakin onu da qeyd etmək lazımdır ki, Ərdoğanın tədbirləri uzun müddətə hesablanıb-hesablanmamasından asılı olmayaraq, elə bir ciddi müqavimətə rast gəlinmədən həyata keçirilirdi. Parlamentdə çoxluğa malik olan AKP azlığın hüquqlarına məhəl qoymadan, müxalifət partiyalarının ağzını qapamaq kimi biabırçı üsuldan, hətta fiziki təzyiqdən istifadə etməkdən çəkinmirdi. Özünü diktator qiyafəsində görən baş nazir Ana Müxalifət partiyasının liderini təhqir etməkdən, ələ salmaqdan da çəkinmirdi.

 

AKP hökumətinin xarici siyasəti uğurlar gətirmək əvəzinə iflasa uğrayırdı. Liviya, Misir, Suriya hadisələrində Türkiyə hökumətinin atdığı addımlar heç ölkəsinə xalqına gözlənilən faydanı vermədi. Ərdoğanın ətraf ölkələrdəki hadisələrə arbitrlik etmək iddiası çox vaxt sadəlöhv çaşqınlığa səbəb olan diplomatiyadan uzağa getmirdi.

 

Elə təsəvvür yarana bilər ki, son on il ərzində Türkiyə səhvlər uğursuzluqlar dənizində üzməkdə davam etmişdir. Bu əslində belə deyildir. Bu dövrdə ölkə böyük iqtisadi sosial inkişaf yolu keçmişdir. Əhalinin maddi  rifahı xeyli yaxşılaşmışdır. Təəssüf ki, uğurlar baş gicəllənməsinə səbəb olmuş, cəmiyyətin nəbzinə ümumiyyətlə məhəl qoymamaq meyli yaranmışdır. 2013- ildə İstanbul şəhərindəki Gezi parkında hansısa bir şübhəli obyekti tikmək məqsədilə ağacların kütləvi şəkildə qırılmasına şəhər əhalisinin etirazını Ərdoğan öz ləyaqətinə təhqir kimi qiymətləndirərək, narazılığı yatırtmaq üçün ən qəddar üsullara əl atdı. Rezin güllələr bibər qazı işə salındı. O, verdiyi vədləri unudub, axıradək səhv yoldan yayınmadı. Şəhər sakinlərinin narazılığına diqqət verilsəydi, bu məsələni sakitliklə yoluna qoymaq olardı. Lakin Ərdoğan bunu öz hakimi-mütləqliyinə qarşı bir çağırış kimi qiymətləndirdiyindən, xalqın olduqca adi görünən bir tələbini belə rədd etmək mövqeyini tutdu. Yəqin ki, şəhərin əsasını qoyan Roma imperatoru Konstantin, 1453- ildə onu zəbt edən Mehmet Fateh ağacları qırmağın prinsipial xarakter daşımadığını əsas götürüb, bu hərəkəti etməzdilər. Axı, onlar həm Ərdoğan deyildilər. Konstantin Vizantium adlanan qədim şəhərin yerində öz şərəfinə adlandırdığı Konstintinopolu salanda, Mehmet Fateh onu ələ keçirəndə, coğrafi mövqeyinə, Bosfor boğazına görə iki qitəni birləşdirməklə gələcək İstanbulun qeyri-adi strateji mövqeyə yiyələnəcəyini bəlkə güman etməzdilər. Lakin onlar öz dövlətlərinin mənafeləri üçün bu müdrik cəsarətli addımlarını atmışdılar. Boğazı isə İstanbula Allah bu şəhəri salan şəxs vermişdi.

 

İki qitəni birləşdirən şəhər indi vahid milləti iki əks qütbə bölmənin təşəbbüsçusünə çevrilməməlidir. Ərdoğanınnaziklikdənuzaq olan siyasəti bu parçalanmaya, qarşıdurmaya yol açmışdır. Oradan atılan qığılcım ölkənin başqa şəhərlərində etiraz alovunun yaranmasına səbəb olmuşdur.

 

Türkiyə çox sayda dostlara malik olduğu kimi, düşmənlərdən xali deyildir. Düşmənlər onun uğursuzluğuna sevinir, baş verəcək hansısa bir bədbəxtlikdən faydalanmaq istəyirlər. Türklər isə qədim tarixə qalibiyyətli ənənələrə malik olan bir xalqdır. Heç şübhəsiz ölkəni bürüyən qarışıqlıq arxada qalacaq, türklər daha xoşbəxt gələcək barədə düşünməyə üstünlük verəcəklər. Uğurlu uğursuz izlər qoyan hökumətlər, hakim partiyalar gəldi-gedərdir. Xalq isə daimidir, böyük tarixi yaradandır. Xalq öz səhvlərindən nəticə çıxarıb, populizm çağırışları arxasında getməməklə, gələcəyin bakirə səhifələrində öz imzasını atmaq üçün daha ayıqlıqla hərəkət edib, ölkənin nüfuzunun bundan sonra da yüksəlməsi yollarını arayacaqdır. Qardaş Azərbaycan xalqı da türklərə məhz belə saf arzular bəsləyir.

 

Digər tərəfdən şər əməli çox sayda çıxışlarla, bəlağətli sözlərlə, kiməsə nifrin yağdırmaqla ört-basdır etmək çətin məsələdir. Cinayətkarları cəzadan yayındırmaq məqsədilə onları ifşa edənləri mənşər ayağına çəkmək cəhdini isə adicə izah etmək mümkün deyildir. Hələ XVIII əsrdə böyük italyan hüquqşünası Çezare Bekkariya cəzanın cinayətə müvafiq olması prinsipini irəli sürmüşdü. Ən qədim Hammurabi kodeksindən indiyə qədər heç bir hüquqi sənəd yaxud hansısa bir hüquqşünas cinayəti aşkar edənləri cəzalandırmaq kimi ağılsız tədbiri irəli sürməmişdir. Türkiyədə bu fantasmaqoriya baş verdikdə xalq məsələyə daha yaxından müdaxilə etməyə başladı xalqın qəzəbi cinayətkarlardan daha çox onlara şərait yaradanları hədəf götürdü.

 

Rusların qəribə bir zərb-məsəli vardır: “Çernoqo kobelə ne otmoeşğ do bela” –  Qara köpəyi ağarana qədər yuya bilməzsən”. Cinayətkarı ictimai müdafiə obyektinə çevirmək çətindir, əldə tutulan oğurluq malı ya rüşvəti isə inkar etmək tam müşkül bir məsələdir. Ona görə Türkiyədə baş verənlər heç xırda bir məmurun rüşvət alması faktı olmayıb, hökumət üzvlərinin çuğlaşdığı böyük bir qalmaqala çevrilmişdir. Qoy bu məsələ elə bir həll yolunu tapsın ki, Türkiyə Respublikası kimi qardaş bir dövlətin nüfuzuna o qədər ciddi xələl gəlməsin.

 

 





17.03.2014    çap et  çap et