525.Az

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan vəfat edib


 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan vəfat edib<b style="color:red"></b>

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusdan ölüb.

525.az xəbər verir ki, Rəşid İnqilab oğlu Hüseynov bir müddət əvvəl koronavirusa yoluxub.

O bu gün müalicə aldığı xəstəxanda vəfat edib.

Qeyd edək ki, R. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb. 2008-ci ildən isə hakimlik faəliyyəti ilə məşğul olub.

 

 





13.04.2021    çap et  çap et