525.Az

"ATƏT-in Minsk qrupundan təkliflər gözləyirik" - Prezident


 

"ATƏT-in Minsk qrupundan təkliflər gözləyirik" - <b style="color:red">Prezident </b>

Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub.

525.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Prezident qeyd edib ki, Ermənistan ilə sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik.

“Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələr sırasında idi. Pakistan son günədək bizim tərəfimizdə olub”.

Dövlət başçısı Pakistan hökumətinə və Pakistan xalqına Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli məsələlərdə nümayiş etdirdiyi davamlı yanaşmaya görə minnətdarlığını bildirib:

“Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqə yaratmayan bir neçə ölkədən biridir. Pakistana kimi çox az ölkə var. Biz buna görə çox minnətdarıq. Bu bizim qardaşlığımızın real göstəricisidir”.

 





13.04.2021    çap et  çap et